EN

Avropa İttifaqının yeni sanksiyaları kimləri əhatə edəcək?- “Bloomberg” açıqladı

Avropa İttifaqının Rusiyaya qarşı 15-ci sanksiyalar paketinin bir hissəsi kimi yeni məhdudiyyətlər 45-dən çox Rusiya neft tankerinə, o cümlədən digər ölkələrdən olan 50 fiziki şəxsə və 30-a yaxın təşkilatı əhatə edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Məlumata görə, siyahıda olanların aktivləri dondurulacaq və onlara səyahət qadağası qoyulacaq.

O da qeyd olunur ki, Aİ G7 ölkələri ilə birlikdə Rusiya ilə hərbi sahədə əməkdaşlıq edən Çin şirkətlərinə məhdudiyyətlər tətbiq etmək niyyətindədir. Pekin bu cür ittihamları rədd edir və münaqişənin heç bir tərəfinə silah tədarükü aparılmadığını bildirir.

Neft nəqli ilə məşğul olan Rusiya təşkilatları, hərbi müəssisələr və onların rəhbərləri də sanksiyalara məruz qala bilərlər.

Azpost.info

Chosen
14
azpost.info

1Sources