EN

“Rusiyanın təhdidlərinə ciddi yanaşırıq, amma...” – Ağ Ev mövqeyini açıqladı

Vaşinqton Moskvanın Polşanın Redzikovo şəhərindəki raketdən müdafiə bazasını “zərərsizləşdirmək” təhdidlərini ciddi qəbul edir. Bununla belə, ABŞ Avropa İttifaqının təhlükəsizliyini dəstəkləməkdə israrlıdır.

“AzPolitika” xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi son brifinqi zamanı deyib. O qeyd edib ki, ABŞ hər zaman Avropadakı Amerika qoşunlarının təhlükəsizliyinə əmin olmalıdır: "Bu kimi təhdidlər ciddi qəbul edilməlidir və biz də edirik. Nə qədər qərarsız və ya məsuliyyətsiz olsalar da, biz onları ciddi qəbul edirik".

O əlavə edib ki, ABŞ Prezidenti Co Baydenin Avropadakı Amerika qoşunlarının təhlükəsizliyi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır: "Ən vacibi odur ki, biz NATO müttəfiqlərimiz qarşısında 5-ci maddə üzrə öhdəliklərimizi çox ciddi qəbul edirik. Bu, sarsılmazdır və dəyişməyəcək".

“AzPolitika.info”

Chosen
12
azpolitika.info

1Sources