EN

"İnsan pensiya yaşına qədər ölsə, onun yığılan pulu ailəsinə verilsin" - Deputatdan TƏKLİF

"Sosial-müdafiə və pensiya sahəsində artımlar var, amma dövlət bu məsələyə yenidən baxmalıdır".

Redaktor.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Arzuxan Əlizadə söyləyib.

"Çünki Azərbaycanda ömür yaşı həddi çox deyil. Statistikaya baxsaq, pensiyaya çıxa bilən insan sayı azalıb. Təklif edirəm ki, həmin insan pensiya yaşına qədər ölərsə, onun yığılan pulu ailəsinə verilsin. Bir sıra sahələrdə pensiyaya çıxma könüllülük prinsipində olmalıdır. Məsələn, müəllim və həkimlər 65 yaşı olan kimi pensiyaya çıxmaq istəmirsə, 70-ə yaşa qədər bu onun ixtiyarına buraxılmalıdır".

Türkan

Chosen
15
8
redaktor.az

10Sources