“Vaşinqton və onun müttəfiqləri MDB ölkələrində xaos yaratmaq və birlik ərazisini ucuz resurs bazasına çevirmək istəyirlər”.
Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Moskvada keçirilən MDB ölkələrinin təhlükəsizlik xidmətləri rəhbərlərinin müşavirəsinin 20-ci iclasında çıxışı zamanı deyib.
"ABŞ və onun müttəfiqləri öz geosiyasi ambisiyalarını həyata keçirmək üçün ən xoşagəlməz üsullara əl atmaqdan çəkinmirlər”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan da MDB-nin üzvüdür.
Daşqın HəsənovMissiya.Az