Metbuat.az xəbər verir ki, futbolçu, İspaniyanın Avropa Çempionatını qazanmasında mühüm rol oynadıqdan sonra nəhəng klubların marağına səbəb olub. Bildirilir ki, ötən transfer dövründə “Liverpul”a transfer olmağa yaxın olan futbolçu, sonda təklifi rədd edərək, “Real Sosyedad”da qalmağa qərar verib. Buna baxmayaraq, “Liverpul” onu transfer etmək üçünsəylərini davam etdirir. “Mançester Siti” və “Real Madrid”in də yarımmüdafiəçinin xidmətində maraqlı olduğu deyilir. Onun sərbəst qalma məbləği 60 milyon avrodur.