EN

“Biologiyanın tədrisində oyun üsulları” kitabı çapdan çıxıb

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun direktoru dosent Minarə Həsənova və Bəzək memarlığı laboratoriyasının müdiri dosent Şəlalə Gülməmmədovanın həmmüəllifi olduqları “Biologiyanın tədrisində oyun üsulları” kitabı çapdan çıxıb.

İnstitutdan bildirilib ki, tədris vəsaiti bioloji təhsilin inkişafına, təbiətə qayğıkeş yanaşmağa və məktəblilərdə ekoloji mədəniyyətin formalaşmasına xidmət edir.

Kitab orta məktəblər üçün ümumi biologiya proqramına uyğun hazırlanıb. Vəsaitdən biologiya dərslərində, dərnəklərdə, bioloji mövzuda tədbirlərin, bayramların, müsabiqələrin, viktorinaların, olimpiadaların keçirilməsində istifadə oluna bilər.

Chosen
25
1
xalqqazeti.az

2Sources