Gürcüstanda prezident seçkilərinin dekabrın 14-də keçirilməsi təklif edilib.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.
“Mən Gürcüstanda növbəti prezident seçkilərinin 2024-cü il dekabrın 14-də keçirilməsini təklif edirəm”, - deyə siyasətçi vurğulayıb.
O, bildirib ki, bu tarix təsdiq olunarsa, dövlət başçısının andiçmə mərasimi bu il dekabrın 29-da baş tutacaq.
Qeyd edək ki, Gürcüstanın hazırki prezidenti Salome Zurabaşvilidir.
Daşqın HəsənovMissiya.Az