EN

Sankt-Peterburq sakinləri borunun partlaması səbəbindən “qaynar suda bişirlər”...

Ukrayna ilə müharibə adi rusların həyat səviyyəsindən, o cümlədən kommunal şəbəkələrin saxlanmasından getdikcə daha çox pul "yeyir"...
 
Noyabrın 26-na keçən gecə Sankt-Peterburqun Marşal Zaxarov küçəsində ağır kommunal qəza baş verib.
 
Moderator.az "Kommersant" və Sankt-Peterburqdakı digər yerli nəşrlərə istinadla xəbər verir ki,  təxminən saat 03.00 radələrində 50 saylı evin yaxınlığında isti su borusu partlayıb və nəticədə irimiqyaslı subasma yaranıb və qalın buxar əmələ gəlib. Hadisə şahidlərinin verdiyi məlumata görə, qaynar su axını Desantniki küçəsi ilə kəsişməyə qədər yayılıb.
 
Hadisə nəticəsində 3 nəfər yanıq xəsarətləri alıb. Onlar maşınlarında qapıları bağlanmış vəziyyətdə qaynar suyun əhatəsində qalıblar. Bəziləri isə avtomobillərin kapotuna çıxaraq xilas olublar. Hadisə yerinə xilasedicilər və iki təcili tibbi yardım maşını gəlib. Zərərçəkənlərə lazımi köməklik göstərilib.
 
Ərazidə isti su və istilik təchizatı dayandırılıb, Marşal Zaxarov küçəsi ilə avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb. Bu, marşrutu dəyişdirilməli olan ictimai nəqliyyat marşrutlarına da təsir etdi.
 
Yerli sakinlər vəziyyətdən narazılıqlarını bildirərək, bunun son on gündə ikinci hal olduğunu qeyd ediblər. Evin sakini Aleksandr jurnalistlərlə söhbətində əvvəlki qəzanın da insanları istiliksiz və isti susuz qoyduğunu vurğulasa da, baş verənlərin səbəblərini izah edən olmayıb. “Bu, hələ şaxtanın olmadığı bir vaxtda belədir. Bundan sonra nə olacaq? – deyə Aleksandr  təəccüblə soruşub.
Chosen
27
1
moderator.az

2Sources