EN

Bayden "işdən qovulduğunu" deyib

Bayden "işdən qovulduğunu" deyib

ABŞ prezidenti Co Bayden Nyu Yorkda Şükranlıq Günü ərəfəsində keçirilən tədbirdə zarafatla işdən çıxarıldığını deyib.AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.Tədbirdə Bayden qısa yekun bəyanatı ilə çıxış edib: “İndicə mənə dedilər ki, məni işdən çıxarıblar” - deyə o xalqın qarşısında zarafatından qalmayıb. Eyni zamanda Bayden prezidentliyi müddətində göstərdiyi dəstəyə görə tərəfdarlarına, Amerika sakinlərinə təşəkkür edib.Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və onun komandasının üzvləri dəfələrlə Bayden və ABŞ vitse-prezidenti Kamala Harrisi “qovacaqlarını” deyiblər. Respublikaçıların mitinqlərində mütəmadi olaraq “Co, işdən çıxarıldın” və ya “Kamala, işdən çıxarıldın” ifadələri eşidilib.

Chosen
15
5
afn.az

6Sources