EN

Vacib oyun öncəsi bölgə klubununun baş məşqçisini narahat edən məqam

“Şamaxı” Misli Premyer Liqasının XV turu çərçivəsində keçiriləcək “Kəpəz” görüşünə itkilərlə çıxacaq.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisinin iki üzvü – Adil Nağıyev və Vasilye Bakiç cəzalıdı. Adıçəkilən oyunçular bu görüşdə iştirak edə bilməyəcək.

Komandanın zədəli futbolçusu Qurban Səfərovun durumu isə bəlirsizdi. Onun oynayıb-oynamayacağı matç günü bəlli olacaq.

“Şamaxı” – “Kəpəz” qarşılaşması ayın 30-da, saat 14:30-da start götürəcək

Chosen
23
idmanxeber.az

1Sources