19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.
B Liqasının 5-ci qrupunda yer alan yığma İsveçrə ilə üz-üzə gələcək.
Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq qarşılaşmanı ukraynalı baş hakim idarə edəcək.
Matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, U-19 noyabrın 29-da Estoniya, dekabrın 2-də meydan sahibləri ilə qarşılaşacaq.