EN

Aqil Ələsgər 8 ölkənin mediasına COP29 barədə danışdı — FOTOLAR

11-23 noyabr tarixlərində keçirilən COP29 (BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfransı) sammiti qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etməklə yanaşı aktivistlərimiz və media nümayəndələrimiz mövzu ilə bağlı müxtəlif platformalarda çıxış etdilər.

Demokrat.az xəbər verir ki, nüfuzlu tədbir zamanı “Yeni Çağ” Media Qrupunun baş direktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgərin COP29 ilə bağlı fikirləri də 8 müxtəlif ölkənin aparıcı mətbuat orqanlarında dərc edilib. Belə ki, tanınmış jurnalist iqlim dəyişikliklərinin yaratdığı təhlükələr, qlobal əməkdaşlığın vacibliyi və dayanıqlı inkişaf hədəflərinə nail olunması üçün görüləcək tədbirlər barədə ətraflı fikirlər təqdim edib.

Xatırladaq ki, Türkiyə, Pakistan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Böyük Britaniya, Portuqaliya və Qırğızıstan kimi ölkələrin nüfuzlu mətbuat platformalarında yayımlanan açıqlamalarda A. Ələsgər COP29 konfransının əsas prioritetləri, inkişaf etməkdə olan ölkələrə dəstəyin gücləndirilməsi, bərpa olunan enerji mənbələrinin təşviqi və ətraf mühitin qorunması məsələlərinə xüsusi diqqət çəkib. Jurnalistin səkkiz ölkədə, dörd dildə yayımlanan açıqlamalarında həmçinin inkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə daha çox məsuliyyət daşımalı olduğu və maliyyə dəstəklərinin artırılmasının vacibliyi vurğulanıb.

Həmin açıqlamaları təqdim edirik:

Pakistan mətbuatında;

https://thegulfobserver.com/azerbaijan-organized-and-held-cop29-at-the-highest-level/

Portuqaliya mətbuatında;

https://heraldstar.net/agil-alesger-azerbaijan-organized-and-held-cop29-at-the-highest-level/

İngiltərə mətbuatında;

https://www.turkishpress.co.uk/agil-alesger-azerbaijan-organized-and-held-cop29-at-the-highest-level-15046-haberi

Türkiyə mətbuatında;

https://m.haber7.com/guncel/haber/3480785-alesger-azerbaycan-nasil-olmasi-gerektigini-tum-dunyaya-gosterdi

Özbəkistan mətbuatında;

https://darakchi.uz/ru/192936

https://uza.uz/ru/posts/agil-alesker-azerbaydzhan-provel-cop29-na-vysokom-urovne_660934

Qazaxıstan mətbuatında;

https://mezgil.kz/e/action/ShowInfo.php?classid=34&id=5989

https://adyrna.kz/en/post/220075

https://adyrna.kz/post/220075

Gürcüstan mətbuatında:

https://aktual.ge/Read/43004

Qırğızıstan mətbuatında və Qırğızıstanın ən böyük xəbər yayımlayam sosial media hesabında:

https://www.instagram.com/p/DCtpE7pTlcQ/?igsh=MXdxZTltOWMyaHd1NQ==

image-83936f23-b176-4d71-a9fe-f1b649bc6618 image-739ed660-1908-4790-82be-e8a5a0251448 image-c671dbd8-f55a-41e7-9570-4ff46ab8f324 image-99e4308f-8c7a-4dbb-ad35-7022dc89e837 image-a18fc4a1-d7d2-44a4-a0d6-b11a2beedf87 image-b97ae05b-036d-4d74-896b-e07ce2975bd4 image-1549b2ff-a97e-46fd-b949-114210303db8

Chosen
2
14
busaat.az

10Sources