EN

“FSB” rəhbəri: ABŞ MDB-də xaos yaratmaq istəyir –"NATO XƏZƏRƏ ÇIXIŞ AXTARIR"

ABŞ MDB-ni ucuz resurs bazasına çevirməklə burada xaos yaratmaq istəyir.

 

APA xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX-“FSB”) direktoru Aleksandr Bortnikov MDB ölkələri təhlükəsizlik və kəşfiyyat oqranları rəhbərlərinin XX iclasındakı çıxışında deyib.

 

Onun sözlərinə görə, NATO Qara dənizdə döyüş imkanlarını genişləndirməyə və Xəzər dənizinə çıxmağa çalışır.

 

Bortnikov qeyd edib ki, Alyans Rusiya və Belarus İttifaqı dövlətinin sərhədlərində möhkəmlənir, Arktika və Baltikyanı regionlara sürətlə daxil olur.

 

FTX rəhbəri bildirib ki, anqlosakslar gizli şəkildə Kiyevi təhlükəli eskalasiyaya, nüvə terror aktları həyata keçirməyə doğru itələyirlər.

 

“Ukrayna ərazisi dünyanın hər yerindən muzdluların və terrorçuların cazibə yerinə çevrilib. Bu regionda qlobal “kölgə” silah bazarı yaradılıb, onun digər “qeyri-sabitlik zonaları”na transferi davamlı olaraq həyata keçirilir”, - deyə Bortnikov vurğulayıb.

Chosen
1
4
senzor.az

5Sources