EN

Azərbaycanda uşaqlar arasında xəstəlik yayıldı - Rəsmi

Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə əsasən uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma hallarına rast gəlinir...

Poliqon xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, 2024-cü ilin ötən dövrü ərzində qeydə alınan su çiçəyi hadisələrinin səviyyəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunur.

"Qeyd etmək lazımdır ki, su çiçəyi xəstəliyinə qarşı ölkədə peyvəndləmə aparılmır . Qeydə alınan xəstəlik ocaqlarında profilaktik və əks-epidemik tədbirlərin aparılması təmin edilir. Epidemioloji vəziyyət nəzarət altındadır və səhiyyə orqanları tərəfindən diqqətlə izlənilir",- deyə qurumdan əlavə edilib.

Poliqon.info

Chosen
8
13
poliqon.info

10Sources