EN

Gülərdən Azərbaycan açıqlaması: “Sülh sazişi imzalandıqdan sonra...”

Cənubi Qafqazda davamlı sabitlik Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından sonra mümkün olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.

“Yaxın Şərqdə davam edən böhranlı durum və xarici ölkələrin artan fəallığından faydalanmağa çalışan Cənubi Kiprin rum administrasiyasının adada humanitar yardım adı altında həyata keçirdiyi sabitliyə zərər vuran fəaliyyətlərini yaxından izləyirik.

Qafqazda da regional sülh və sabitliyin Azərbaycan və Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişi vasitəsilə əldə olunacağını da vurğulamaq istəyirəm”, - müdafiə naziri bildirib.

Gülər Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatları barədə də açıqlama verib:

“Qəhrəman əsgərimizin böyük fədakarlığı və səyləri ilə artıq Zapda (Şimali İraq) kilid bağlanıb. Bölgədəki fəaliyyətlərimiz eyni temp və əzmlə davam edir və edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
9
teleqraf.com

1Sources