İspaniya La Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi məlum olub.
QOL.az xəbər verir ki, bu, “Jirona”nın çalışdırıcısı Miçeldir. Onun komandası ötən ay “Leqanes”ə (4:3), “Xetafe”yə (1:0) və “Espanyol”a (4:1) qalib gəlib.
Hazırda “Jirona” La Liqada 14 turdan sonra 21 xalla 5-ci sıradadır.
Qeyd edək ki, Miçel Sançes 2023-2024 mövsümünün ən yaxşı baş məşqçisi seçilmişdi.
Miçel 2021-ci ilin yayından "Jirona"nı çalışdırır.. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.