Hurriyyet.az xəbər verir ki, gürcüstanlı fəal Samirə Bayramova milliyyətcə azərbaycanlı olduğu üçün Ermənistana buraxılmayıb.
Bayramova bununla əlaqədar X şəbəkəsində yazıb: "Tbilisiyə uçan təyyarə hava şəraitinin pisləşməsi ilə əlaqədar İrəvanda məcburi eniş etdi. Məni, yəni Gürcüstan vətəndaşını ölkəyə buraxmayıb dedilər: "Sizin milliyyətiniz problemlidir". Biyə biz bu münaqişədə iştirakçı olmalıyıq? Bu, Nikol Paşinyanın demokratik bəyanatlarına uyğun gəlmir".
Hürr Tərcüman