EN

Enrike Ramuşun bərpası ilə bağlı danışdı

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın zədəli hücumçusu Qonçalo Ramosun durumu haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Qonçalo indi sağalmanın son mərhələsindədir. O, tezliklə fəaliyyətə qayıdacaq. Amma hələlik bunun nə vaxt baş verəcəyini deyə bilmərəm. Məqsədimiz bütün oyunçuların matçlara hazır olmasıdır”

Ramuş Liqa 1-in "Havr"la açılış matçında zədələnib. Fransa çempionatının ötən mövsümündə Qonkalo 29 matçda iştirak edib. 23 yaşlı hücumçu 11 qol vurub və bir məhsuldar ötürmə edib.

Chosen
10
90deqiqe.az

1Sources