EN

Qvardiola: “Hiss edirəm ki, MS bu mövsüm yaxşı nəticələr…”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in bu mövsüm yaxşı nəticələr əldə edə biləcəyini bildirib.

Arena.az xatırladır ki, ispan mütəxəssisin çalışdırdığı “şəhərlilər” ardıcıl 5 oyunda məğlubiyyət yaşayıblar ki, bu da “Pep”in məşqçilik karyerasında mütləq antirekorddur.

“Mən hiss edirəm ki, biz bu mövsüm çox yaxşı nəticələr əldə edəcəyik. Mən təslim olmuram və uğur qazanacağımızı hiss edirəm. Düşünürəm ki, məğlub olanda səbr gərəkdir. Mən istəyirəm ki, futbolçular üzərlərinə düşəni icra etməyə davam etsinlər. Görün, biz haradan gəlmişik. Əldə etdiyimiz uğuru müdafiə etmək çox çətindir, ona görə də mən sakitəm”, – “Mançester Siti”nin rəsmi saytı “Pep”dən sitat gətirir.

İngiltərə Premer Liqasının 12 turundan sonra “Mançester Siti” 23 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Şəhərlilər”i lider “Liverpul”dan (31 xal) 8 xallıq fərq ayırır.

Xatırladaq ki, “Mançester Siti” bir neçə gün öncə baş məşqçisi ilə yeni sözləşmə imzalandığını açıqlayı. Yenilənmiş müqaviləyə əsasən, Qvardiola 2027-ci ilin iyun ayının sonuna qədər “şəhərlilər”in sükanı arxasında fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 491 oyun keçiriblər, 360 qələbə qazanıblar, 60 heç-heçə ediblər, 71 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1239:450 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, Xosep Qvardiola “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.

Chosen
24
50
arena.az

10Sources