EN

Ailələrdə kişilərə qarşı zorakılıq necə və niyə artır? (AÇIQLAMA)

Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 2024-cü ildə quruma məişət zorakılığı ilə bağlı 486 müraciət daxil olub. Məişət zorakılığına məruz qalan şəxslər arasında qadın və uşaqlar çoxluq təşkil edir. Belə ki, cari ildə 38 nəfər kişi, 430 nəfər qadın, 364 uşaq məişət zorakılığına məruz qalıb. Məişət zorakılığı törədənlər isə tərkibinə görə 438 nəfər kişi, 213 nəfər qadındır (modern.az)

Bəs ailələrdə hansı kişilər daha çox zorakılığa məruz qalır? 
 
Sosioloq Mail Yaqub Qaynarinfo-ya açıqamasında bildirib ki, qarşı tərəfə zorakılıq göstərmək təkcə kişilərə aid deyil, həmçinin qadınlar da bu obrazda ola bilər:

"Ümumiyyətlə, kim güclüdürsə, zəifə qarşı zorakılıq göstərmək meylində olur. Bu müqəddəs kitabımızda da bir ayədə təsbiq olunub. Özünü güclü görən insan təcavüz edir. Yəni, qarşı tərəfə zorakılıq tətbiq etməyə çalışır. Bu insan xislətidir, psixologiyasıdır. Qadın da, kişi də bunu edə bilər". 
 

 
Mail Yaqub qeyd edib ki, qadınların kişilərə zorakılıq hallarının azlığının səbəbləri var:

"İstər Qərbdə, istərsə də Şərqdə kişilər daha güclü olublar. Ona görə də qadınlara qarşı zorakılıq halları daha çox olub. Amma əksi də ola bilər. Bəzi ailələrdə qadınlar fiziki, psixoloji baxımdan güclü ola bilər. Kişiyə güc tətbiq edə bilərlər, mümkündür. Onu təəcüblə qarşılamaq lazım deyil".

Bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır? Mail Yaqub hesab edir ki, həm kişilərin qadınlara, həm də qadınların kişilərə qarşı zorakılıq etməsi əxlaq normalarına ziddir:

"Normal insan heç vaxt qarşı tərəfə zorakılıq etməz. Belə hallar olan ailələr ailə deyil. Zorakılıq olan ailə deyil, formal olaraq ailənin sürətini özündə əks etdirir".

Hüquq müdafiəçisi Mehriban Zeynalovanın sözlərinə görə, problemi fiziki zorakılıq müstəvisində gördüyümüzdən mübarizə apa bilmirik:
 


"Zorakılığın ən ağır forması psixoloji zorakılıqdır. Məsələn, bir qadın kişini sözlə o həddə çatdırır, aşağılayır, nifuzdan salır ki, qadın depressiyaya düşür. Belə hal uşaqların gözünün qarşısında da ola bilər. İqtisadi baxımdan da qadın kişini məcbur edər ki, tələblərini yerinə yetirsin. Ərini başqa kişi ilə müqayisə edə bilər. Məsələn, filankəs arvadına qızıl, maşın, şuba alır, sən nə kişisən və s. Bu tələblər kişini hesablanmadan zorakılığa aparan səbəblər ola bilər. Kişinin özgüvəni o qədər aşağı düşə bilər ki, bu intihara səbəb olar, yaxud da şəxsiyyət olaraq özünün yoxa sayar. 

Bəzi hallarda fiziki zorakılıq da ola bilər. Bu da davranış pozuntusuna gətirən hallardır. Məsələn, qonşuda və s. qeyri-adekvat hərəkətlər edir, bu zaman qadın onu itələyə, ona qarşı kobudluq edər. Belə kişilər var, dilinə içki dəyən kimi özlərini idarə edə bilmirlər. Amma psixoloji zorakılıq halları var. Ənənəvi davranış formasıdır, bəzən kişilər bundan bezib evdən gedir".
 
Mehriban Zeynalovanın fikirincə, 10 milyonluq əhali üçün 38 kişinin zorakılığa məruz qalması normaldır. 

Bahar Rüstəmli

Chosen
7
4
qaynarinfo.az

5Sources