EN

Rusiya növbəti dəfə Ukrayna şəhərlərini hədəf alıb – İndiyə qədər ki, ən böyük PUA hücumudur

Rusiya 188 pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna şəhərlərinə hücum edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumatda hücumun Bryansk, Orel, Kursk, Primorsko-Akhtarsk, Kiyev, Çerkassı, Kirovohrad, Çerniqov, Sumi, Xarkov, Poltava, Jitomir, Xmelnitski, Vinnitski, Çernivtsi, Ternopil, Rivne, Zaporojye, Dnepropetrovsk və Myslovsk istiqamətində olduğu vurğulanıb. Hücum zamanı "Şahid" PUA-ları ilə yanaşı, "İskəndər" raketlərindən də istifadə olunduğu bildirilib.

İlkin məlumata görə, hücumlar zamanı insan itkisi qeydə alınmayıb.

Britaniyanın “Guardian” nəşrinin məlumata görə, hücum zamanı istifadə olunan PUA sayı müharibənin başladığı gündən bu yana bir gecədə qeydə alınan ən yüksək rəqəmdir. 

"AzPolitika.info"

Chosen
21
azpolitika.info

1Sources