EN

Trampın müşaviri pulla vəzifə “satır” - Sensasiya

Trampın müşaviri yeni administrasiyada vəzifələrə namizədlərdən pul tələb edib.

Axar.az xəbər verir ki, bunu “Vaşinqton Post” Trampın hüquqi komandası tərəfindən hazırlanan hesabatına istinadən yazıb.

Məlum olub ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın şəxsi müşaviri və baş vəkili olan Boris Epşteyn yeni administrasiyadakı vəzifələrə namizədləri təyin etməkdə gizli şəkildə fayda əldə etməyə çalışıb.

“Prezidentin baş müşaviri administrasiyadakı potensial namizədlərdən onların müdafiəsi üçün aylıq məbləğlər ödəmələrini istəyib. Bu cür təkliflər alanlardan biri maliyyə naziri vəzifəsinə namizəd Skott Bessent olub. Bessentin Trampla ilk görüşündən iki gün sonra Epşteyn onu “Palm Biç”dəki oteldə nahara dəvət edib və aylıq ən azı 30 min dollar ödəniş tələb edib”, - hesabatda qeyd edilib.

Məsələ ilə bağlı açıqlama verən Donald Tramp baş verənləri utancverici adlandırıb:

“Hər bir prezidentin ətrafında onlardan pul qazanmağa çalışan insanlar var. Ayıbdır, amma belə şeylər baş verir”.

Chosen
10
1
axar.az

2Sources