EN

Azərbaycanlı müğənni Rusiyada keçirilən mahnı müsabiqəsində ikinci yer tutub

Rusiyanın Yaroslavl şəhərində “Novaya Pesnya” adlı milli müsabiqə keçirilib.

“İki sahil” xəbər verir ki, “Novaya Pesnya” radiosunun rəhbəri Oleq Peçerski və musiqi produseri Tatyana Talanova tərəfindən müsabiqənin final qala konserti "Millenium" sarayında keçirilib.

Müsabiqənin əsas şərti yeni mahnıların rus dilində və müxtəllif nominasiyalarda (romans, patriotik, estrada, rok, şanson) səslənməsidir.

Bu il Azərbaycanı həmyerlimiz, rok, şanson mahnıların ifaçısı və müəllifi Rəşad İsmayıl təmsil edib.

Müəllif bildirib ki, “Provinsialka” (Əyalətli qız) adlı mahnısı ötən il “Novaya Pesnya” radiosunda, Yaroslavlda, həmçinin Rusiyanın digər bölgələrində də tez-tez yayımlanıb: "Bu səbəbdən mahnı ilk iyirmiliyə düşərək Yaroslavl Qala Konsertinə dəvət alıb".

Bu il isə yeni “Devçonka Volnaya” (Sərbəst qız) adlı mahnı (müəllif: Zamira Jaboyeva-Xusinova) dinləyicilər tərəfindən sevilərək müsabiqədə təmsil olunur.

Müsabiqəyə Rusiyanın bölgələrindən olan müraciətlərlə yanaşı, müxtəllif xarici ölkələrdən də qatılanlar olub.

Final qala konsertinin əsas üstünlüyü musiqilərin Yaroslavlın "Qubernator, Akademik, Simfonik" orkestr ifası altında səsləndirilməsidir. Orkestrin 50-dən çox musiqiçisi dirijor Aleksey Çuqayev rəhbərliyi altında ifa edib. Rusiyadan və digər dövlətlərdən güclü səsə malik ifaçılar burada təmsil olunub.

Rəşad İsmayıl tərəfindən ifa olunan “Devçonka Volnaya” adlı mahnısı şanson nominasiyasında ikinci yerə layiq görülüb.

Müsabiqədən sonra təəssüratlarını bölüşən ifaçı deyib ki, xaricdə Azərbaycan bayrağını yüksəltmək şərəfli və məsuliyyətli peşədir: "Bu 8 Noyabr Zəfər Günündə ölkəm üçün qazandığım Qələbədir!”.

Chosen
27
ikisahil.az

1Sources