EN

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları 80 nəfərə təsir edə bilər

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 15-ci sanksiyalar paketi hazırlayır. Paketə 50-yə yaxın fiziki və 30 hüquqi şəxsin daxil edilməsi gözlənilir. Bu barədə Bloomberg sənədlərə istinadən məlumat yayıb.

15-ci sanksiyalar rus hərbi istehsalçıları və bəzi Çin firmalarına qarşı tətbiq ediləcək. Ehtimal olunur ki, neftin nəqli ilə məşğul olan Rusiya şirkətləri, eləcə də hərbçilər və şirkət rəhbərləri yeni sanksiyalara məruz qala bilərlər.

Bundan əlavə, Avropa İttifaqı Moskvaya hərbi texnologiya əldə etməyə kömək etdiyi iddia edilən 30-a yaxın təşkilata məhdudiyyətlər qoymağı təklif edir. Siyahıya Rusiya, Serbiya, İran, Hindistan, Tailand və Birləşmiş Ərəb Əmirliklərinin firmaları daxildir. Aİ həmçinin Rusiya ərazisinə hərbi qulluqçuların göndərilməsində iştirak etdən KXDR hərbi rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edir.

Yeni sanksiyalar paketinə Rusiyanın 45-dən çox neft tankerinin Avropa limanlarına və xidmətlərinə girişinə qadağa da daxildir.

Oxuməni.az

Chosen
7
3
oxumeni.az

4Sources