EN

Azərbaycan vergi sistemində məlumat mübadiləsinə və şəffaflığa tam əməl edən 18 ölkədən biridir

Bu yaxınlarda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Forumu Azərbaycanın vergi administrasiyasının məlumat mübadiləsi və şəffaflıq üzrə növbəti reytinq qiymətləndirilməsini aparıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda keçirilən "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq, onun nəticələri” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu qiymətləndirmədə 123 ölkənin vergi administrasiyası iştirak edib: "Məhdud sayda - 18 vergi administrasiyası ən yüksək əməl etmə reytinqinə layiq görülüb. Bunlardan biri Azərbaycan vergi administrasiyasıdır. Qlobal Forumun qiymətləndirməsində şərtlər 2019-cu ildən sərtləşdirilib ki, ondan bəri də cəmi 4 yeni ölkənin vergi administrasiyası yüksək reytinqə layiq görülüb. Həmin 4 ölkədən biri də Azərbaycandır".

Chosen
3
1
sam.az

2Sources