EN

"Gürcüstan üçün prioritet olan Aİ-yə üzv olmaq istəyidir" - Maka Boçorişvili

Gürcüstanın NATO və Avropa İttifaqına üzvlük yolu respublika üçün mühüm prioritet olaraq qalır.

Bu barədə Maka Boçorişvili yeni hökumətə səs vermək üçün toplanan iclasda qanunvericilərə müraciət edərək deyib.

"Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə uyğun olaraq, Gürcüstan Avro-Atlantik inteqrasiyaya doğru dönməz yolunu davam etdirir. Ona görə də NATO və Avropa İttifaqı ilə münasibətlər mühüm prioritet olacaq", - Boçorişvili bildirib.

Qeyd edək ki, bazar ertəsi Gürcüstanın baş naziri səlahiyyətlərini icra edən İrakli Kobaxidze Boçorişvilini İlya Darçiaşvilinin yerinə respublikanın xarici işlər naziri vəzifəsinə namizəd kimi təsdiqləyib. Boçorişvili bundan əvvəl parlamentin Avropaya inteqrasiya komitəsinin sədri işləyib.

Mövsüm

Chosen
20
aznews.az

1Sources