EN

Pentaqon Donald Trampa mesaj yollayıb

Pentaqon

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yeni seçilmiş prezident Donald Trampın komandası ilə hakimiyyətin ötürülməsi üçün hələ keçid müqaviləsi imzalanmadığını və bu baş verənə qədər hazırkı komandanın öz vəzifəsini davam etdirəcəyini açıqlayıb.

Reyting.az
-ın xəbərinə görə, Pentaqon sözçüsünün müavini Sabrina Sinq jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Pentaqon nizamlı və rəvan keçidə sadiqdir, lakin bunun baş verməsi üçün anlaşma memorandumu imzalanmalıdır. S. Sinq bildirib ki, bunlar yerinə yetirilməyənə qədər bu prosesə başlamayacaqlar.

Anlaşma memorandumu imzalanmadan Tramp və komandası ilə “hər hansı hüquqi əlaqə ola bilməz”,- deyən Sinq əlavə edib ki, Pentaqonun hazırkı rəhbərliyi işini davam etdirəcək, lakin Pentaqona gələcək yeni komanda qismən bu prosesdə təsirli olacaq.

Pentaqon rəsmisi ABŞ-nın seçilmiş prezidentinin komandası ilə hazırkı administrasiya arasında imzalanmadan əvvəl qeyri-rəsmi görüşlərin ola biləcəyinə, lakin imzadan sonra yeni komandanın Pentaqonun məxfi məlumatlarına daxil olmaq hüququna malik olacağına da diqqət çəkib.

E. KAMAL

Chosen
23
reyting.az

1Sources