EN

“Ona cərrahi əməliyyat aparmağa kim icazə verib?”

“Tibb sahəsində müəyyən irəliləyişlər olsa da, İmişli və Saatlının bir dənə Lor həkimi yoxdur. Səhiyyə Nazirliyi və TƏBİB bu barədə bir iş görməlidir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.  

“Bundan başqa, “Qafqazinfo”da dərc olunan “Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət” adlı məqaləni oxumağınızı tövsiyə edirəm. Məlum olur ki, guya estetik cərrah “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova qaynı arvadını əməliyyat edib və nəticə faciə doğurub. Onun heç tibbi təhsili də yoxdur. O, necə cərrahi əməliyyat aparıb? Ona kim icazə verib?”, - deyə deputat bildirib.

Nuranə Daxilqızı

Chosen
22
6
qafqazinfo.az

8Sources