EN

Medvedev: "Kiyevə nüvə silahının verilməsi Rusiyaya hücuma bərabər tutulacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Kiyevə nüvə silahının faktiki verilməsi, Rusiyanın yenilənmiş nüvə doktrinasının müddəalarına uyğun olaraq, ölkəyə qarşı baş vermiş hücum aktı kimi qiymətləndiriləcək".
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, Kiyevə nüvə silahının verilməsi təhdidinin özü Rusiya ilə nüvə münaqişəsinə hazırlıq kimi qiymətləndirilə bilər.
"Belə silahın faktiki verilməsi isə "Nüvə çəkindirmə sahəsində dövlət siyasətinin Əsasları"nın 19-cu bəndinə uyğun olaraq, ölkəmizə qarşı baş vermiş hücum aktı kimi qiymətləndirilə bilər", - deyə siyasətçi əlavə edib.
Qeyd edək ki, "New York Times" bir müddət əvvəl Ukraynaya nüvə silahlarının qaytarılması ilə bağlı müzakirələr haqqında məlumat verib. Mənbənin sözlərinə görə, ABŞ və Avropanın bəzi rəsmiləri bunu təhlükəsizlik zəmanəti kimi ciddi şəkildə nəzərdən keçirirlər. Bəziləri hətta Baydenin SSRİ dağıldıqdan sonra götürülmüş nüvə silahlarını Kiyevə qaytara biləcəyini xəbər veriblər.
Chosen
4
11
oxu.az

10Sources