7NEWS.az xəbər verir ki, uzun müddətdir artan gərginliyin kölgəsində Almaniya mümkün III Dünya Müharibəsi təhlükəsinə qarşı milli sığınacaq planı hazırlayır. Bu plan çərçivəsində vətəndaşlara ən yaxın sığınacağa qədər olan məsafəni göstərmək üçün mobil proqram da hazırlanacaq. Mülki Müdafiə Təşkilatı və müxalifət daha əvvəl müharibə riskinə diqqət çəkərək sığınacaqların hazırlanmasını tələb etmişdi. Qərar prosesində Rusiya prezidenti Vladimir Putinin Qərbə qarşı artan təhdidlərinin təsirli olduğu vurğulanır.