Bakı. Trend:
“ADY Konteyner” MMC "ADY Ekspress” MMC-yə qoşulması ilə əlaqədarləğv olunduğunu elan edir.
Trend bubarədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin“Vergilər” qəzetindən məlumat əldə edib.
Bildirilib ki, kreditorlar tələblərini iki ay ərzində AZ1025,Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 13A (Xətai Plaza)ünvanına bildirə bilərlər.
Eyni zamanda “ADY Ekspress” “ADY Konteyner” MMC-nin onaqoşulması ilə yenidən təşkil edildiyini elan edir.
Qeyd edək ki, “ADY Konteyner” MMC 2017-ci ildə dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 milyon 829 min 57 manatolan MMC-nin qanuni təmsilçisi Mədətli Əkbər Eynulla oğludur.
"ADY Ekspress” MMC isə ilk dəfə 2015-ci ildə “Karvan Logistics"MMC adı altında dövlət qeydiyyatına alınıb. 2016-cı ildə rebrendiqedərək "ADY Ekspress” MMC olaraq yenidən dövlət qeydiyyatındankeçib. Nizamnamə kapitalı 1 911 634 manat olan MMC-nin qanunitəmsilçisi Mədətli Əkbər Eynulla oğludur.