EN

"Politico"nun növbəti SAXTA MƏLUMATI

Təəssüf edirəm ki, “POLITICO Europe” Azərbaycandan üzr istəmək və saxta xəbər məqaləsini geri götürmək əvəzinə, Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edir.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında “Politico”da dərc edilmiş məqaləyə münasibət bildirərkən qeyd edib.

O, Azərbaycanın 2024-cü ildə Rusiyadan qaz idxal etmədiyini, məqalədə qeyd edilən faktın isə svop əməliyyatı olduğunu vurğulayıb.

““Politico”nun məqaləsində Azərbaycan mediasına istinadən “Azərbaycan bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal etdiyini” göstərən rəsmi məlumatlara yer verilib. Qeyd etdiyiniz fakt idxal deyil, svop əməliyyatıdır. Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr baş verir və bu, normaldır. Təəssüf edirəm ki, məqalədə mübadilə və idxal arasında fərq qoyulmur”, - Hikmət Hacıyev qeyd edib.

 

Chosen
16
8
modern.az

10Sources