EN

Böyük Britaniya Ukraynaya qoşun göndərməyəcək

Britaniyanın Ukraynaya qoşun yeritmək planı yoxdur. Londonun mövqeyi dəyişməz olaraq qalır.

KONKRET.az Sky News-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi deyib.

“Le Monde” qəzeti adı açıqlanmayan mənbələrə istinadən Fransa və Böyük Britaniyanın Ukraynaya hərbi və özəl müdafiə şirkətləri göndərmək imkanlarından yazmışdı. Xarici İşlər Nazirlərinin İtaliyada keçirilən G7 görüşündə Lemmi bu məsələni bir daha şərh edib. O, Britaniyanın Ukraynaya dəstək verməklə bağlı mövqeyinə açıq-aşkar sadiq qaldığını, o cümlədən Ukrayna hərbçilərinə təlim keçdiyini vurğulayıb: “Britaniyanın öz qoşunlarını birbaşa döyüş zonasına göndərmək planı yoxdur”,-deyə nazir bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
19
konkret.az

1Sources