EN

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Elmir Rövşən oğlu Quliyev vəzifəsindən xaric edilib.

Nazirin digər əmri ilə polkovnik-leytenant Əlfağa Ramazan oğlu Ağayev bu vəzifəyə təyin olunub.

Chosen
13
50
yenigundem.az

10Sources