EN

ABŞ və NATO-ya qarşı etirazlar başladı: "Ölkəmizdən çıxın"

Afinada NATO baş katibi Mark Rüttenin Yunanıstana səfəri və Ukraynaya yardımın göstərilməsinə qarşı mitinq başlayıb.

Teleqraf.com xəbər verir ki, etirazçılar Rüttenin Afinaya gəlişini pisləyirlər.

Yunanıstanı münaqişələrə cəlb olunmaqdan imtina etməyə səsləyən etirazçılar, ölkə ərazisindəki ABŞ hərbi bazalarını bağlamağa çağırırlar.

Həmçinin mitinqdə Ukrayna və İsrailə hərbi dəstəyin dayandırılması tələb olunur.


Müəllif: Qənirə Süleymanova
Chosen
19
teleqraf.com

1Sources