EN

ŞAD XƏBƏR: 2025-ci ildən maaşlar bu qədər artacaq... - Minimum əməkhaqqı 400 manat olacaq?

Gələn ildən ölkədə minimum əməkhaqqı artırılacaq.


Dövlət başçısı da VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bununla bağlı göstəriş verildiyini bildirmişdi.


Bəs artım nə qədər olacaq?


İqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.


“Hazırda Azərbaycanda minimum əməkhaqqı 345 manatdır. Bu məbləğin 400 manat olması gözlənilir. Minimum əməkhaqqının artması avtomatik olaraq büdcə təşkilatlarında çalışanlara təsir göstərir. Eyni zamanda biznes sahəsində çalışanlar da minimum əməkhaqqından aşağı maaş ala bilməzlər. Amma özəl sektorda çalışanlar üçün digər maaşların indeksləşdirilməsinə aidiyyatı yoxdur. Buna özəl sektor özü qərar verir. Sadəcə minimum əməkhaqqı özəl müəssisələrdə verilə biləcək ən aşağı maaş həddini müəyyən edir”.


Ekspert bildirib ki, büdcədən maaş alan şəxslərdə isə müəyyən indeksasiyalar gözlənilir. Ümumi olaraq maaşlarda 8-10 faiz artım gözlənilir.

Tarix: 26 Noyabr 2024, 16:22   
Chosen
2
6
pravda.az

7Sources