EN

Şəhid Milli Qəhrəmanın qardaşı AFFA-da işləməyəcək

"Sabah"dan ayrılan qapıçılar üzrə mütəxəssis Vitali Kovalyovun bundan sonra AFFA-da çalışacağı haqda xəbərlər yayılıb.

İdman.biz xəbər verir ki, Sports.az məsələ ilə bağlı qurumun rəsmi mövqeyini öyrənib.

AFFA-nın mətbuat katibi Elnur Məmmədli yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: "Vitali Kovalyovun AFFA-da qapıçıların baş təlimatçısı təyin olunması doğru xəbər deyil. Kovalyov hazırda federasiyada heç bir vəzifədə çalışmır".

Qeyd edək ki, Vitali Kovalyov futbolçu karyerası ərzində bir çox yerli komandanın şərəfini qoruyub, Təbrizin "Traktorsazi" və Türkiyənin "Kartalspor" klublarında legioner həyatı yaşayıb.

Bir neçə gün öncə "Sabah"dan ayrılan 47 yaşlı mütəxəssis Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qardaşıdır.

Chosen
23
idman.biz

1Sources