Növbəti illərdə pensiya yaşının qadınlar üçün 1-2 azadılması doğru olardı.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən deputat Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə həmçinin bildirib ki, pensiya yaşı çatan insanların işləmək qabiliyyəti olduqda onların işləməsinə şərait yaradılmalıdır.
"Pensiya yaşı çatan kimi şəxsi işdən çıxartmaq həmin insanın planlarına mənfi təsir göstərir ki, bizlər də bununla bağlı müraciətlər alırıq".
Mina Mikayılova