EN

Lukaşenko və Pakistan Baş naziri görüşdü- Qəzza və Livanla bağlı bəyanat qəbul edildi

Belarus prezidenti Aleksandr Lukaşenko və Pakistan Baş naziri Şahbaz Şərif Qəzza və Livanda ilkin şərt qoyulmadan hərbi əməliyyatları dərhal və həmişəlik dayandırmağa çağırıblar.

Azpost.info xəbər verir ki, bu barədə iki liderin İslamabadda danışıqların yekunu üzrə qəbul edilmiş birgə bəyanatında deyilir.

Lukaşenko və Şərif həmçinin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin vacibliyini, diplomatik səylərin və konstruktiv dialoqun zəruriliyini vurğulayıblar. Onlar qeyd ediblər ki, davam edən münaqişə təkcə region üçün deyil, həm də qlobal sabitlik və təhlükəsizlik üçün geniş nəticələrə malikdir.

Azpost.info

Chosen
9
azpost.info

1Sources