EN

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Kosmos və kosmosa səyahət hər zaman insanlar üçün sirli və maraqlı olub.

Lakin kosmosda uzunmüddətli missiyalar sümük itkisi, əzələ itkisi, radiasiya riski və psixi sağlamlıq kimi problemlərə səbəb ola bilər.

Valyuta.az xəbər verir ki, kosmos xüsusilə sümüklərimizə, əzələlərimizə, ürəyimizə, gözlərimizə və demək olar ki, bütün orqanlarımıza zərər verir.

Yenə də insanlar kosmosa getmək həvəsindən əl çəkə bilmirlər. İndiyə qədər təxminən 700 nəfər kosmosa gedib və bu rəqəm özəl kosmos uçuşlarının artması ilə tədricən artacaq.

Uzunmüddətli kosmos səyahətləri zamanı insan orqanizmi nə qədər davam edə bilər?

Beynəlxalq Kosmik Stansiyasında olan astronavtlar kosmosa uçuşun insan orqanizminə təsirini anlamağa kömək edirlər.

Kosmosda ən uzun müddət qalan rus kosmonavt 2024-cü ilə olan məlumata görə, sıfır cazibə mühitində kosmosda ən uzun fasiləsiz qalma rekordu 1994-cü ilin yanvarından 1995-ci ilin martına qədər Mir kosmik stansiyasında 437 gün 18 saat olmuş rus kosmonavtı Valeri Polyakova məxsusdur.

Sıfır cazibə mühitində olmaq sümük sıxlığının azalmasına, əzələlərin tükənməsinə, qan həcminin azalmasına, ürək əzələlərinin funksiyalarının pisləşməsinə, bulanıq görmə və istiqamət hissini itirməsinə səbəb olur.

 NASA və digər kosmik agentliklər bu təsirləri daha yaxşı başa düşmək və uzunmüddətli kosmos səyahətlərində astronavtlar üçün riskləri azaltmaq üçün çalışırlar.

NASA-nın məlumatına görə, insanların Marsa səyahəti təxminən üç il çəkəcək. 

Kosmik uçuşlar zamanı astronavtlarda sümük itkisinin qarşısını almaq və müalicə etmək üçün NASA ilə birlikdə biomaterialların yaradılması üzərində işləyən Stanford Universitetinin fiziki Eneko Axpe vəziyyəti şərh edərək bildirib ki,  kosmonavt Valeri Polyakovun kosmosda fasiləsiz 437 gün 18 saat keçirməsi insanın kosmosda 1,2 ildən çox qala biləcəyini göstərir.

Kimsə daha çox qala bilərmi sualına cavab olaraq fizik bildirib ki, qala bilər. Lakin bu vəziyyətdə sağlamlıq riskləri getdikcə ciddiləşə bilər.

1000 günlük Mars missiyasının müzakirəsi

Professorun sözlərinə görə, NASA və Stenford Universiteti ilə birgə araşdırma aparılaraq, proqnozlaşdırıcı riyazi model hazırlanıb.

Bu model göstərir ki, Mars missiyasında olan astronavtların yüzünün də hamısında osteopeniya (sümük sıxlığı normadan aşağıdır) inkişaf edə bilər və yüzdə 33-ü yaş, cins və etnik mənsubiyyət kimi amillərdən asılı olaraq osteoporoz riski altındadır.

Lakin burda daha çox narahat edən radiasiyaya məruz qalmadır.

“Xərçəng olmaq riski artır” 

Uzun müddətli kosmos missiyalarında xərçəng riskinin artdığını ifadə edən Axpe bildirib ki, Marsa səyahət kimi dərin kosmos missiyalarında qalaktik kosmik şüalara (GCR) daha çox məruz qalma səbəbiylə xərçəng riski əhəmiyyətli dərəcədə artır. Mars missiyası astronavtları 0,7-1 sievert (Sv) radiasiyaya məruz qoya bilər və 1 Sv xərçəng riskini təxminən 5 faiz artırır.

Bu, Beynəlxalq Kosmik Stansiyada (BKS) adi radiasiya dozasından xeyli yüksəkdir, və  altı ay ərzində təxminən 0,3 Sv təşkil edir.

“Görmə problemləri ola bilər”

Kosmosda uzun müddət qalmağın görmə problemlərinə səbəb ola biləcəyini də ifadə edən fizik bildirib ki, mikroqravitasiyada maye dəyişikliklərindən qaynaqlanan görmə problemləri Yerə qayıtdıqdan sonra da davam edə bilər.

“Psixoloji sağlamlığa təsir edir”

Psixi sağlamlıq da narahatlıq doğurur, çünki uzunmüddətli təcrid, həbs və Yerdən uzaqlaşma stress, narahatlıq, depressiya və idrak qabiliyyətinin azalmasına səbəb ola bilər.

Uzunmüddətli missiyalar zamanı immun sisteminin dəyişdirilmiş reaksiyası infeksiyalarla mübarizə və ya tibbi fövqəladə hallarla bağlı narahatlıqları da artırır.

“İnsan bədəni kosmosda nə qədər qala bilər?”

Ekspert deyib ki, Marsa üç illik missiyanın göndərilməsi mümkündür, lakin astronavtlar çox güman ki, ciddi sağlamlıq problemləri ilə qayıdacaqlar. Bundan daha uzun missiyalar isə insan dözümünü sınamış olacaq.

Davud

Chosen
15
valyuta.az

1Sources