EN

Dərmanları soyuducuda saxlamaq olar?

Əksər şəxslər dərmanları soyuducuda, mətbəxdə saxlayırlar. Çoxumuz bunun yanlış olduğundan belə xəbərsiz idik.

Araşdırmalar göstərir ki, dərmanları sadaladığımız bu yerlərdə qoymaq onların keyfiyyət və effektivliyinə mənfi təsirlər göstərir. Çünki temperatur və rütubəti nəzərə alsaq həmin sahələrdə otaq temperaturu və otaq şəraiti yoxdur. Onların evin başqa sahələrində saxlanılması daha məqsədəuyğundur. Qonaq və yataq otaqları bu cəhətdən daha təhlükəsiz yer hesab edilir. Sözügedən yerlər quru, təmiz, gün düşməyən və sərin olmalıdır. Həmçinin dərmanlar elə hissədə qoyulmalıdır ki, uşaqların əli çatmasın. 

Əksər dərmanların saxlanılması otaq temperaturunda (15-25°C) nəzərdə tutulur, bəzi hallarda isə bu diapazon daha geniş qoyulur (15-30°C).

Zərintac MayisqızıMissiya.Az

Chosen
22
missiya.az

1Sources