EN

Bakıda pəncərədən qapı düzəldənlərlə məmurların çəkişməsi: Qanunsuz tikintini iki dəfə sökdülər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, 38/56 ünvanında yerləşən altımərtəbəli yaşayış binasında ("Körpə" MTK-ya məxsus) aparılan qanunsuz tikinti faktının qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bildirilib ki, qanunsuz tikinti faktının qarşısını Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi alıb.
Belə ki, Baş İdarə əməkdaşlarının şəhərsalma nəzarəti qaydasında həyata keçirdikləri monitorinq nəticəsində sözügedən binanın 1-ci mərtəbəsində yerləşən mənzildə müvafiq icazəverici sənədlər olmadan iki ədəd pəncərə boşluğunda qapı oyuğu açılması və pilləkən marşının quraşdırılması faktı aşkar edilib.
Noyabrın 13-də qanunsuz tikinti işləri dayandırılaraq sökülüb və müvafiq tədbirlər görülməsi məqsədilə aidiyyəti qurumlara məlumat verilib. Bununla belə, noyabrın 26-da Baş İdarə tərəfindən əraziyə təkrar baxış zamanı yenidən həmin mənzildə qanunsuz quraşdırılma faktı aşkar edilib və cəhdin qarşısı alınaraq, söküntüsü təmin edilib.
Chosen
2
19
oxu.az

10Sources