EN

Türkiyə-NATO münasibətləri yeni mərhələdə: Qapalı görüşdə nələr danışılıb?

"Regionda öz nüfuzunu qorumaq üçün Türkiyə NATO-da daha fəal olmalıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO baş katibi Mark Rütte arasında baş tutan görüşü şərh edərkən deyib.

Onun fikrincə, Ərdoğanla NATO-nun yeni baş katibi Mark Rütte arasında bağlı qapılar arasında keçirilən görüşdə Türkiyənin yeni geosiyasi vəziyyət və Rusiya-Ukrayna müharibəsinin gedişində rol almasından söhbət gedib:
 


"Fikrimcə, Ankaraya NATO ilə bağlı yeni təlimatlar olmasa da, müəyyən vədlər verilə bilər. Çünki Türkiyənin Baltik ölkələri, həmçinin Cənubi Qafqazda böyük nüfuzu var. Düşünürəm ki, NATO daxilində yeni yol xəritəsi hazırlayırlar və burada da Türkiyənin iştirakına xüsusi yer verilir. Bu baxımdan da Türkiyənin rolu getdikcə artacaq. Təbii ki, Yaxın Şərq siyasətində Türkiyə müəyyən qədər passivlik nümayiş etdirdi. Danışıqlarda və yaxud hər hansı bir məsələdə fəallıq nümayiş etdirmədilər. NATO baş katibilə bu münaqişəsinin sonlandırılması və yaxud hansı məcrada davam etdirilməsi istiqamətində də danışıqlar aparıla bilər. Regionda öz nüfuzunu qorumaq üçün Türkiyə NATO-da daha fəal olmalıdır. Fəal olmadan regional gücü davam etdirmək Ankara üçün çox çətin olacaq".

Qeyd edək ki, Ərdoğan Ankarada Mark Rütte ilə görüşüb. Görüşdə Türkiyənin XİN rəhbəri Hakan Fidan və müdafiə naziri Yaşar Güler də iştirak edib. Təmaslar bağlı qapılar arxasında baş tutub. 

Rüfət Sultan

Chosen
11
qaynarinfo.az

1Sources