EN

Ukrayna müharibəsinin taleyi DƏYİŞİR: – “Nə qədər silah yardımı olsa da…”

“İndiki halda Zelenskinin məqsədi qələbə yox, özünü qorumağın yollarını axtarmaqdan ibarətdir”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-nin Ukraynanın Rusiyanın qarşısında tək qoyması ehtimalından danışan politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, Vaşinqtonun Kiyevlə bağlı mövqeyi hələ 2014-cü ildə Rusiya-Ukrayna münasibətləri gərginləşdiyi dövrdən bir neçə dəfə dəyişib.

“Bu isə iki qrupun hakimiyyətindən ortaya çıxan hadisədir. Yəni Demokratların siyasi kursu daxilə fokuslanmaqdırsa, Respublikaçıların yanaşmasını daha çox konservativlik təşkil edir. Genişləndirmək lazımdırsa, demokratlar daxili məsələləri prioritet götürərək, ABŞ-ni daha etibarlı tərəfdaşa çevirmək istəyir. Respublikaçılar isə müharibənin öz qanunları olduğunu, güclü tərəfin həm də diktə edən tərəfə çevrildiyini diqqətə çatdırırlar.

“Avropadakı bu münaqişədə isə güclü tərəf məhz Rusiyadır. Ümumiyyətlə, proseslər müharibə həddinə qədər aparılmamalı idi. Respublikaçıların da hazırkı mövqeyi buna işarə edir. Ukraynada hazırkı hakimiyyətə nə qədər silah yardımı olsa da, qələbə qazanmayacaq. İndiki halda Zelenskinin məqsədi qələbə yox, özünü qorumağın yollarını axtarmaqdan ibarətdir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Chosen
23
yenicag.az

1Sources