İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 11 nəqliyyat vasitəsi satılıb. Hərracda satılan nəqliyyat vasitələrinə 93 sifariş qeydə alınıb.
Dövlət Xidmətinin məlumatına görə, hərracda start qiyməti 20 min manat olan “Hyundai Grandeur” markalı avtomobil 24 min manata, 7980 manat olan “Honda Accord” markalı avtomobil 13,2 min manata satılıb.
Qeyd edək ki, 4 və 17 dekabr tarixlərində keçiriləcək növbəti hərraclara 113 əmlak çıxarılıb, o cümlədən iştirakçılara qeyri-yaşayış sahələri, torpaq sahələri və nəqliyyat vasitələrinə sahib olmaq imkanı yaradılıb.