Omsk vilayətinin Petrovka kəndində qanunsuz yaşayan Ermənistan vətəndaşı özünü gödəkcə kimi göstərərək məhkəmə icraçısından gizlənmək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin regional qərargahının mətbuat xidməti məlumat yayıb.
43 yaşlı kişinin yerli sakini hədələməsi ilə bağlı cinayət işi açılıb. Məhkəməyə gəlməmək üçün bir sıra bəhanələr uyduran erməninin zorla məhkəməyə gətirilməsi qərara alınıb.
"Təyinat yerinə çatan hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşa zəng vurmağa çalışsalar da, bu mümkün olmayıb. Onunla birlikdə yaşayan qadın tələsik qapını açaraq kişinin evdə olmadığını bildirib. Məhkəmə icraçıları yaşayış sahəsinə baxış keçirmək qərarına gəliblər. Ev tamamilə dağıdılmış vəziyyətdə olub. Əşyalar yerə, mebelin üstünə, hər yerə səpələnmişdi. İcra məmuru otaqlardan birinə baxış keçirərkən əşyaların altından idman ayaqqabılarının çıxdığını görüb. Axtarışda olan şəxs də gödəkcənin altında gizlədilib”, - deyə məlumatda bildirilir.
Məlum olub ki, əvvəllər həmin şəxs “akkumulyator” oğurlama və “başqasının əmlakına ziyan vurma” maddələri ilə inzibati məsuliyyətə cəlb edilib.