EN

NATO lideri Ərdoğanla görüşdü - Nə danışdılar?

NATO-nun baş katibi olduqdan sonra ilk dəfə Ankaraya səfər edən Mark Rutte Ərdoğanla görüşüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Ərdoğanla Mark Rutte arasında 1 saatlıq görüş baş tutub.

Rabitə İdarəsi görüşdə müzakirə olunan məsələləri bir-bir sıralasa da, rəsmilər Ruttenin səfərini artan qlobal müharibə təhlükəsi kimi şərh ediblər.

Məlumata görə, prezident Ərdoğanın Rutte ilə görüşündə Ukrayna-Rusiya müharibəsi və Fələstindəki qırğına son qoymaq üçün nələr edilə bilər, terrorla mübarizədə atılacaq ortaq addımlar,  Türkiyənin müttəfiq olaraq NATO-ya verdiyi töhfələr qiymətləndirilib.

Görüşdə Xarici İşlər Naziri Hakan Fidan və Milli Müdafiə Naziri Yaşar Gülər ​​də iştirak ediblər.

Nərmin Mahmudova
Milli.Az

Chosen
15
milli.az

1Sources