NATO ölkələri Ukraynaya Rusiya ilə genişmiqyaslı müharibədə dayanmağa kömək etdi. Amma indi münaqişənin trayektoriyasını dəyişmək lazımdır.
Qaziler.az The Guardian-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
"Bizim Ukraynaya verdiyimiz dəstəyimiz onun müharibədə dayanmasına kömək etdi, lakin biz münaqişənin trayektoriyasını dəyişmək üçün daha da irəli getməliyik", - baş katib bildirib.
Onun sözlərinə görə, NATO ölkələri Ukraynanı mühüm hava hücumundan müdafiə sistemi ilə təmin etməli və Alyansın Vaşinqtonda keçirilən sammitində üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir.
Baş katib həmçinin vurğulayıb ki, NATO üçün silah sənayesinə investisiya və istehsalın artırılması son dərəcə vacibdir.
QAZÄ°LER.AZ