EN

Ukraynanın NATO-ya üzv ola bilər? - RƏY 

Müharibə vəziyyətində olan bir dövlətin alyansa üzv olması əlavə gərginlik yara bilər


Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini, ədliyyə naziri Olqa Stefanişina deyib ki, Ukraynanın AB və NATO-ya üzvlüyü olmadan müharibəyə son qoymaq mümkün deyil. 

Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro BBC-yə müsahibəsində deyib ki, Fransa Ukraynanı NATO-ya üzv olmağa dəvət etməyə açıqdır və müttəfiqlərini buna inandırmağa çalışır. 

Siyasi analitik Fuad Abbasov "Sherg.az"a bildirib ki, Ukraynanın NATO-ya üzv olması qeyri mümkündür:

"Çünki müharibə vəziyyətində olan bir dövlətin NATO-ya üzv olması alyansa daxil olan bütün dövlətlərin Rusiyaya qarşı səfərbər olmasına və müharibəyə qoşulmasına səbəb ola bilər. Bu NATO-nun nizamnaməsi ilə uyğun deyil. Hesab edirəm ki, Ukrayna alyansa daxil edilmək istəsəydi, müharibədən əvvəl olmalıydı. Biz bilirik ki, müharibədən əvvəl də Ukraynanın birliyə daxil edilməsi müzakirə edilsə də, qəbul edilmədi. Bu səbəbdən Avropa ölkələrinin səlahiyyətli şəxslərinin belə açıqlamaları Co Bayden adminstrasiyasının hakimiyyətdən getməsinə az qalmış ABŞ resurslarından istifadə etmək üçündür. Çünki biz Donald Trampın keçmişdə "NATO ölkələrini bəsləmək yetərlidir" kimi açıqlamalarından onun bu məsələdəki mövqeyindən xəbərdarıq. Hesab edirəm ki, Ukraynanın NATO-ya daxil olması ilə bağlı fikirlər sadəcə siyasi açıqlamalardır və onun reallaşması mümkün görünmür".

Yusif Sultanov
Chosen
13
sherg.az

1Sources