EN

İranlı keçmiş nazir Tehranın İsrailə qarşı kəşfiyyat uğursuzluqlarını etiraf edib

İranda sabiq kəşfiyyat (ETTELAAT) naziri Mahmud Ələvi Tehranın İsrailə qarşı kəşfiyyat sahəsində çoxsaylı uğursuzluqlarını etiraf edib.

Bu barədə "Azad İran" "Telegram" kanalı İran mediasına istinadla xəbər verib.

Bildirilir ki, o, İranın nüvə və raket sistemləri üzrə alimi Möhsün Fəxrizadənin öldürülməsi məsələsinə toxunub və hökumətin hələ də bu sui-qəsdi törədənləri, habelə qətlin necə həyata keçirilməsini müəyyən edə bilmədiyini deyib.

Ələvinin sözlərinə görə, əsas məqamlardan biri İranın nüvə sənədlərinin İsrail tərəfindən oğurlanmasıdır. Sabiq nazir bildirib ki, İran öncə bu məsələni inkar edib, daha sonra SEPAH-ın keçmiş komandanı Möhsün Rzayi də sənədlərin oğurlandığını açıqlayıb.

O, qeyd edib ki, bu hallar İsrailin İran daxilində təsir dairəsinin necə güclü olduğunu göstərir.

Chosen
32
4
sitat.info

5Sources